26 Sentyabr 2014 17:22
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 5 min ton həcmində yanacağın ilk partiyası yaxın vaxtlarda Qazaxıstan bazarına daxil olacaq.

“APA-Economics”in Qazaxıstan hökumətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu energetika məsələləri üzrə nazirin birinci müavini Uzakbay Karabalin bildirib.

“Bununla bağlı Azərbaycanla artıq razılaşma əldə olunub. Ehtimal olunur ki, növbəti həftə 5 min ton həcmində ilk yanacaq partiyası tədarük olunacaq. Növbəti mərhələ ilə bağlı detalları isə razılaşdıracağıq”, - deyə U. Karabalin qeyd edib.


Müəllif:

Oxşar xəbərlər