10 Aprel 2020 08:05
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qəbul edilən yeni OPEK+ sazişi çərçivəsində 2020-ci ilin may və iyun aylarında neft hasilatını 164 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.

Bu barədə “RİA Novosti”yə Azərbaycanın Energetika Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, nəticədə Azərbaycanda gündəlik neft hasilatı 554 min barel olacaq.

“Azərbaycan, eyni zamanda, dünya neft bazarının nizamlanması və neft qiymətlərini sabitləşdirmək üçün yeni öhdəliklər götürüb. Gündəlik neft hasilatı 718 min barel olan Azərbaycan müvafiq hasilatın təxminən 164 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə bu dövrdə Azərbaycan gündəlik hasilatı 554 min barel həcmində saxlamalıdır”.


Müəllif: Mənbə/Report