12 Avqust 2020 16:38
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu il üçün neft qiymətləri proqnozunu 1 dollar yüksəldib.

Teleqraf.com xəbər verir ki, EIA-nın 2020-ci il avqust ayı hesabatına görə, bu il brent markalı neftin orta barel qiymətinin 41,4 dollar səviyyəsində olacağı gözlənilir.

2020-ci ilin iyul hesabatında bu proqnoz 40,5 dollar idi.

Bu ilin ilk rübündə ortalama 50 dollar, ikinci rübündə 29 dollar olan brent markalı neftin orta barel qiyməti üçüncü rübdə 43,1 dollar, son rübdə 43,5 dollar və bütün il ərzində 41,4 dollar olacağı gözlənilir. Gələn il bu rəqəmin 49,5 dollara yüksələcəyi proqnozlaşdırılır.

Hesabatda hələ də yüksək olan qlobal neft ehtiyatlarının qiymətlərə təzyiq göstərdiyinə diqqət çəkilib. Gələn il neft ehtiyatlarındakı azalmanın qiymətləri artacağı bildirilib.

EIA bu il üçün ABŞ-ın gündəlik xam neft hasilatı gözləntisini 370 min barelə endirib. Buna görə, ölkənin ortalama gündəlik xam neft hasilatının bu il təxminən 11,3 milyon barel, gələn il isə 11,1 milyon barelə enməsi gözlənilir.

Qeyd edək ki, 2018-ci ilin noyabrında ABŞ Səudiyyə Ərəbistanı və Rusiyanı üstələyərək dünyanın ən böyük xam neft istehsalçısı olmuşdu.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər