13 Avqust 2020 17:51
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Qazprom” şirkəti ilin ikinci yarısında Türkiyəyə qaz tədarükünü 1.7 dəfə azaldaraq 4 733 milyard kubmetrə salıb.

Teleqraf.com xəbər verir ki, məlumat “Qazprom”un Rusiya Mühasibat Uçotu Standartları hesabatında öz əksini tapıb.

Hesabatda, eyni zamanda “Qazprom”un ilin ilk yarısında 2019-cu ilin eyni dövrü ilə müqayisədə Qərbi Avropaya 20 faiz az qaz satdığı da bildirilir.

"Qazprom" 2020-ci ilin birinci yarısında Avropaya qaz ixracını 18 faiz azalaraq 96,4 milyard kubmetrdən 78,9 milyard kubmetrə endirib.

Şirkət 2020-ci ilin ilk 6 ayında ilk dəfə olaraq Çinə “Sibir Gücü” qaz boru kəməri ilə 1,57 milyard kubmetr qaz ixrac edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər