14 Avqust 2020 15:34
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uçuşlar bərpa edildikdən sonra Rusiyadan Antalyaya 63 min rus turist gedib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Tur Operatorları Birliyi (ATOR) açıqlayıb.

Məlumata görə, Rusiya göndərdiyi turistlərin sayına görə mübahisəsiz liderliyini qoruyub saxlayır. 10-12 avqust tarixlərində Moskva, Sankt-Peterburq və Rostov-Dondan 63 min rus turist Antalyaya müntəzəm və çarter reyslərlə gedib.

Rusiyadan turist axını Ukraynadan üç dəfə, Almaniya və İngiltərədən səkkiz dəfə çoxdur.

Türkiyənin Egey sahillərinə ən çox turist göndərən ölkə də Rusiya olub. Avqustun 12-də Bodruma Rusiyadan 5 reyslə 1 800 turist gəlib. Bu rəqəm Bodrum hava limanına gedən xarici turist sayının 37 faizini təşkil edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər