19 Avqust 2020 23:28
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi kəmərinə bənzəyən meqalayihələr geosiyasi baxımdan unikaldır. Dəyəri milyardlarla ölçülən və minlərlə kilometr məsafədə yaşayan insanların həyatlarına təsir edən layihələrın uğuru müxtəlif hökumətlərin və özəl şirkətlərin uzunmüddətli birgə fəaliyyətindən asılıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberger “2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumu”nda deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi bir sıra dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir, habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu layihə Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq.

“Cənub Qaz Dəhlizinin tamamlanması demək olar ki, başa çatır və biz artıq bu layihənin genişləndirilməsinə, yəni Xəzər hövzəsinin digər qaz ehtiyatlarının ixracına yol açan imkanlar barədə düşünməliyik”, - deyə səfir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər