“”Batdıq”, “bitdik” lobbisi yenə kədərlənəcək”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadi güvən indeksindəki artımı qiymətləndirən Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak deyib.
O qeyd edib ki, Türkiyənin iqtisadi güvən indeksi avqust ayında 4,4 faiz artaraq 85,9-a yüksəlib. Nazir "dayanmaq olmaz, yola davam edirik" sözlərini də fikirlərinə əlavə edib.
Qeyd edək ki, koronavirusla əlaqədar aprel ayında ən aşağı səviyyədə olan iqtisadi güvən indeksi ardıcıl 4 ay artmağa davam edib. Türkiyə Statistika Komitəsinin məlumatlarına görə, iyulda 82-ci olan güvən indeksi avqust ayında 4,4 faiz artaraq 85,9-a çatıb.