AtaSığorta” ASC yeni filialların açılmasından daha çox nümayəndəliklərin və satış ofislərinin sayını artırmağa üstünlük verir. Teleqraf.com-un məlumatına görə, bu barədə ASC-nin idarə heyətinin sədri Museyib Əliyev jurnalistlərə müsahibəsində bildirib.
M.Əliyev qeyd edib ki, bu il şirkətin iki filialı açılıb: "Bundan sonra satışın təşkili üçün nümayəndəliklərin və satış ofislərinin açılmasına daha çox üstünlük verəcəyik. Sığorta şəbəkəsi bütün ölkə üzrə əhalinin sıx məskunlaşdığı məntəqələri əhatə etməlidir".
İdarə heyətinin sədri söyləyib ki, “AtaSığorta”nın bu yaxınlarda Şəkidə yeni nümayəndəliyinin açılacağı gözlənilir.