13 Oktyabr 2014 16:00
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 346 milyon 762,8 min manat təşkil edib.

Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,9 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 130 milyon 10,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 61181 vergi ödəyicisi qeydiyyata alınmış, 1 oktyabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 591178-ə çatıb. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6 faiz təşkil edib.

Naibə


Müəllif:

Oxşar xəbərlər