“Brent” markalı xam neftin bir barrelinin qiyməti 40 dollardan aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, qiymətin enməsinə bazarda neft tələbatının azalması və Səudiyyə Ərəbistanının “Arab Light” neftinin qiymətini endirməsi səbəb olub.
Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 39,98 dollara, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 36,91 dollara satılır.