9 Sentyabr 2020 01:16
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin avqust ayında Gürcüstanda yanacağın qiymətinin bahalaşması qiymətlərdə son hədd olmayacaq. Yaxın aylarda istehlakçılar yanacağı daha baha qiymətə alacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Neft İxracatçıları Birliyi məlumat yayıb.

Birliyin məlumatına görə, yanacağın bahalaşmasına dünya bazarındakı qiymət artımı səbəb olacaq.

Bildirilib ki, koronavirus pandemiyasının tədricən sovuşması və iqtisadiyyatın inkişafı artıq neft məhsullarının qiymətinə təsir edir. Dünya bazarında neft məhsullarının qiyməti artır və bu da təbii ki, Gürcüstandan yan keçmir.

Məlumat üçün bildirilir ki, hazırda ölkədə yanacağın qiyməti 1,79-1,81 və 1,97-2,06 lari arasında dəyişir.

Avqust ayında yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 20-25 və 40-50 lari bahalaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər