15 Oktyabr 2014 21:29
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lüksemburq 2017-ci ildən vergidən yayınmaq halları ilə mübarizə məqsədilə bank məlumatlarından avtomatik şəkildə mübadilə sisteminə qoşulmağa razılıq verib.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniya, Fransa və ABŞ 3 il idi ki, Lüksemburqu bu addımı atmağa razı salmağa çalışırdılar. Lüksemburq maliyyə naziri deyib: “Biz vahid qlobal sistemə yönəlmişik”.

Avstriyanın maliyyə naziri Hans Şellinq bildirib ki, onun ölkəsi 2017-ci ildən bu addımı atmağa hazır deyil. Lakin bunun 2018-ci ildə baş tuta biləcəyini də istisna etməyib.


Müəllif:

Oxşar xəbərlər