15 Oktyabr 2020 11:09
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turizm sektoru 2020-ci ili 60 faizdən çox gəlir itkisi ilə başa vurmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu, beynəlxalq audit və məsləhət şirkəti “EY” (Ernst & Young) tərəfindən turizm sektoru üçün hazırlanan hesabat dərc olunub.

Araşdırmaya görə, sektorun 2019-cu ildəki gəlirlərinə ən tezi 2023-cü ilə qədər yetişmək mümkündür. Başqa sözlə, sektorun 2019-cu ildəki rəqəmləri ələdə edilməsi üçün 3 il vaxt lazım olacaq.

2020-ci il mövsümündə hədəflərinə çata bilməyən turizm sektoru 2021-ci ilə fokuslanıb. Bu il 15 milyard dollar gəlir gözləyən sektorun 2021-ci ildə 20-27 milyard dollar gəlir əldə edilməsi gözlənilir. 44,7 milyon xarici turist sayına isə 2023-cü ildə çatılacağı proqnozlaşdırılır.

Hesabata görə, 2021-ci ildəki proseslər koronavirus epidemiyasının gedişatını və otellər mövsümünün açılma müddətini yenidən təyin edəcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər