2020-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə xərclədiyi vəsaitin həcmi açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ında qeyd olunur ki, 2020-ci ilin sentyabr ayında əcnəbilər tərəfindən bank kartları vasitəsi ilə 25,6 milyon manatlıq əməliyyat aparılıb.
2020-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 354,2 milyon manatlıq əməliyyat aparıb.
Qeyd olunub ki, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunur.