“Tesla” bazar dəyəri baxımından “Toyota”nı keçsə də, yapon avtomobil istehsalçısının bu günə qədər 100 milyon avtomobil istehsal etdiyini unutmaq olmaz.
Teleqraf.com xəbər verir ki, bunu “Toyota” prezidenti Akio Toyoda açıqlayıb.
O bildirib ki, “Tesla” reseptlərinin gələcəyin standartına çevriləcəyini söyləyir, lakin “Toyota”nın hazırda "həqiqi mətbəxi və həqiqi aşpazı" var: “Fəqət rəqiblərimizdən hələ çox şey öyrənəcəyik”.
Akio Toyoda səhm qiymətlərində itirdiklərini, istehsalda isə qazandıqlarını vurğulayıb: "Səhm qiymətlərində itirə bilərik, istehsal olunan məhsullara gəldikdə, müştərilərimizin sərbəst şəkildə seçə biləcəyi tam bir menyumuz var”.
Qeyd edək ki, “Tesla” iyul ayında “Toyota”nın bazar dəyərini keçərək dünyanın ən qiymətli avtomobil istehsalçısı olub. Yeni nəsil elektrikli avtomobillərə maraq göstərən investorlar bu işdə böyük rol oynasalar da, “Tesla” hazırda “Toyota” və digər 6 yapon avtomobil istehsalçısından daha çox dəyərə sahibdir.
İstehsal tərəfində işlər tamamilə tərsinə olub. “Tesla” keçən il 367.500 avtomobil satarkən, “Toyota”nın illik istehsal gücü 10.74 milyon avtomobildir ki, bu da “Toyota”nın istehsalının sadəcə 3.4 faizidir.