12 Noyabr 2020 17:36
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ildə qlobal iqtisadiyyatın 4,3 faiz azalacağını proqnozlaşdırıb.

Teleqraf.com xəbər verir ki, OPEC-in aylıq hesabatında 2021-ci ildə qlobal iqtisadiyyatın 4,4 faiz böyüyəcəyi təxmin edir.

Hesabata əsasən, ABŞ-ın ümumi daxili məhsulunun (ÜDM) azalması bu il 3,6 faizə çatacaq, gələn il isə böyümənin 3,4 faiz təşkil ediləcəyi gözlənilir.

Hesabatda 2020-ci ildə avro zona üçün ÜDM daralmasının 7,2 faiz olacağı, 2021-ci ildə gözlənilən böyümənin 3,7 faiz səviyyəsində olacağı ehtimal edilib.

2020-ci ildə Çin iqtisadiyyatının 2,0 faiz, 2021-ci ildə 6,9 faiz, Yaponiya iqtisadiyyatının isə 5,7 faiz azalacağı, 2021-ci ildə isə 2,8 faiz böyüməsi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər