Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramko” 75 milyard dollarlıq dividentin maliyyələşdirilməsi üçün 8 milyard dollarlıq istiqraz çıxarıb.
Teleqraf.com xəbər verir ki, şirkətin istiqraz emissiyasına cəmi 50 milyard dollarlıq tələb gəlib.
Şirkət 3, 5, 10, 30 və 50 illik ödəmə müddəti olan beş fərqli hissədə cəmi 8 milyard dollarlıq istiqraz satıb. İlk növbədə 7,5 milyard dollar olaraq təklif edilən ixracat, tələblə birlikdə artırılıb. İnvestorlardan 50 milyard dollardan çox tələb gəlib.
Qeyd edək ki, şirkət keçən il 12 milyard dollarlıq ixrac reallaşdırmışdı, bu ixrac üçün 100 milyard dollardan çox tələb gəlmişdi.
Bu ilin üçüncü rübündə düşən neft qiymətləri ilə “Saudi Aramko”nun mənfəəti 45 faiz azalıb. Mənfəətin azalması ilə şirkət əsasən Səudiyyə Ərəbistanı hökumətinə divident ödəmək üçün kifayət qədər pul qazana bilməyib.