“Ermənilər 28 ildən çoxdur ki, talan etdikləri Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Zod qızıl yatağını geri vermək istəmirlər”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına istinadən bildirib ki, Söyüdlü (Zod) yatağının sənaye əhəmiyyətli ehtiyatları 112,5 tondur:
“Ermənilər sərhədi dəyişərək, həmin əraziyə girişi qırmızı rənglənmiş dərmir darvaza ilə bağlayıblar. Hətta tam istismar olunsa belə bu yatağı Ermənistanda saxlamaq olmaz. Onlarla təzminat davası açmaqla yataq da, ərazi də geri qaytarılmalıdır”.