20 Oktyabr 2014 08:35
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 25,2 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistik Komitəsindən Teleqraf.com-a bildiriblər ki, emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,3 faizini təşkil edib. Qida, tütün məmulatları, geyim, kimya, tikinti materialları, hazır metal məmulatları, elektrik avadanlığı istehsalında artım müşahidə olunub.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-sentyabr aylarının səviyyəsini 6 faiz üstələyib. Ümumi sənaye istehsalının 93,2 faizi malların (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,7 faizi özəl bölmədə istehsal olunub.


Müəllif:

Oxşar xəbərlər