8 Dekabr 2020 07:57
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin dördüncü rübündə Azərbaycanda 587 min barel/sutka həcmində xam neft hasilatı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın "JPMorgan" bankının hesabatında bildirilib.

Üçüncü rübdə bu göstərici 574 min barelə bərabər olmuşdu.

Hesabatda qeyd olunur ki, Azərbaycanda 2020-ci ilin yanvarında 678 min, fevralda 667 min, martda 684 min, apreldə 680 min, mayda 557 min, iyunda 554 min, iyulda 554 min, avqustda 584 min, sentyabrda 585 min, oktyabrda 587 min, noyabrda 586 min, dekabrda isə 588 min barel/sutka neft hasil edilib.

Bankın proqnozuna əsasən, 2020-ci ilin yekunlarına görə ölkədə neft hasilatı 608 min barelə bərabər olacaq. 2021-ci ildə bu göstərici 643 min, 2022-ci ildə 635 min barel/sutka həcmində proqnozlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər