2020-ci ilin noyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların dəyəri 23,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü müqayisədə 67,1 milyon manat və yaxud 74,3 faiz azdır.
Teleqraf.com bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın dekabr sayına istinadən xəbər verir.
Bildirilir ki, 2020-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 402,3 milyon manatlıq əməliyyat aparıb.