İraqın şimalındakı Səlahəddin şəhərində ölkənin ən böyük neft emalı zavodu olan “Beyci” yeddi ildən sonra istehsala başlayıb.
Teleqraf.com İraq Neft Nazirliyinə istinadən xəbər verir ki, zavodun təmiri tamamlanıb.
İŞİD-lə qarşıdurma zamanı məhv edilən “Beyci”də gündəlik 70 min barel neft istehsal ediləcək.
Zavod İŞİD-in hücumundan əvvəl gündəlik 280 min barel neft istehsal edir, hasilatın artırılması üçün sürətli iş aparırmış.
Qeyd edək ki, İraqın böyük bir hissəsini yanacaqla təmin edən zavodu İŞİD 2014-cü ilin iyun ayında ələ keçirmişdi.
“Beyci” 2015-ci ildə İraq təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.