22 Yanvar 2021 21:38
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisə olmaqla yanaşı, eyni zamanda hər iki ölkənin dövlət gəlirlərinin artmasına gətirib çıxaracaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, sözügedən yataqda kəşfiyyat işlərinə ötən əsrin 80-ci illərində start verilsə də, sonradan iki ölkə arasında yatağın işlənməsi barədə müzakirələr başlandı:

“İlkin qiymətləndimələrə görə, yataqda 100 milyon ton neft, 30 milyard kub metr mavi qaz var. Bu isə yataqda kifayət qədər böyük enerji resursların olmasından xəbər verir. Bununla yanaşı, yeni kəşfiyyat işlərindən sonra bu ehtiyatların həcminin daha da çox olacağı gözləniləndir. Deməli, yataqdakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli şəkildə töhfə verəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər