11 Fevral 2021 10:08
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,61 ABŞ dolları, yaxud 0,99 % artıb.

Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,30 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Teleqraf.com xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 61,15 dollara, yüngül neft 58,37 dollara təklif olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər