6 Mart 2021 12:17
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb.

ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən Teleqraf.com-a bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən uğurlu neft strategiyasının önəmli tərkib hissəsi kimi neft və qaz gəlirlərinin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsi məqsədilə yaradılan Dövlət Neft Fondu fəaliyyətə başladığı müddətdən bəri ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynamaqla bərabər, vəsaitlərin idarə edilməsi, idarəçilik, institusional quruculuq, hesabatlılıq və şəffaflıq kimi istiqamətlərdə beynəlxalq səviyyədə örnək qurum kimi tanınaraq ən ali mükafatlara layiq görülüb və ölkəmizin nüfuzunun yüksək səviyyədə qorunub saxlanılmasında əhəmiyyətli töhfə verib.

Suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-ın nüfuzlu Peterson İnstitutunun (PIIE) tərtib etdiyi və cari ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində Dövlət Neft Fondu 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.

Fondu 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.

2019-cu il üzrə qiymətləndirmə cədvəli qlobal suveren fondların vəsaitlərinin idarə edilməsi, idarəçilik, dayanıqlılıq, şəffaflıq və hesabatlılıq, eləcə də Santyaqo Prinsiplərinin tətbiqi kimi müxtəlif istiqamətlərin dəyərləndirilməsi əsasında formalaşmışdır. ARDNF 2019-cu il üçün qiymətləndirmədə hər bir kateqoriya üzrə demək olar ki, maksimuma yaxın bal toplayıb.

Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu, eyni zamanda, suveren fondlar üçün vahid beynəlxalq standartlar toplusu olan Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı da qiymətləndirmə cədvəli tərtib edib. Bu cədvəl 24 Santyaqo Prinsipindən suveren fondların qiymətləndirmə cədvəlinə uyğun gələn 16 prinsipin tətbiqi və eləcə də onların elementlərin dəyərləndirilməsi əsasında formalaşıb. Dövlət Neft Fondu Santyaqo Prinsiplərinin tətbiqi üzrə qiymətləndirmə cədvəlində də 5-ci mövqedə qərarlaşıb.

ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu 1981-ci ildə təsis edilib və bu qurum özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşıb. Birləşmiş Ştatların ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər şöbəsinin rektoru Ceyms Makqann tərəfindən hazırlanmış 2020-ci il “Global Go to Think Tank Index” hesabatına əsasən, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın bir nömrəli “Think Tank”ı statusunu qazanıb və eləcə də 2020-ci il üzrə dünya “beyin mərkəzləri” reytinqində 9-cu mövqedə qərarlaşıb. Eyni zamanda, PIIE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi sayılır və bu institut eləcə də 2020-ci ildə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusuna malikdir.

https://www.piie.com/sites/default/files/documents/pb21-3.pdf


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər