24 Mart 2021 16:16
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi iqtisadi şərhlərdə bu fikir tez-tez səsləndirilir ki, Türkiyə valyutasının ucuzlaşması Azərbaycan üçün bu ölkədən idxalı da əlverişli edir. Nəzəri olaraq doğru yanaşmadır. Amma bu məqamı da unutmayaq ki, Türkiyədə lirənin dəyərdən düşmə sürəti ilə inflyasiya da az qala paralel sürətlə davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

O bildirib ki, ötən ilin yekunlarına görə Türkiyədə 20 faizdən bir qədər yüksək inflyasiya qeydə alınıb: “Bu ilin 2 ayının nəticələrinə görə əvvəlki ilin eyni dövrünə nisbətən 16 faizə yaxın olub. Alternativ hesablama mərkəzləri real səviyyənin daha yüksək olduğunu iddia edir.

Bu isə o deməkdir ki, Türkiyə məhsul və xidmətlərinin rəqabət qabiliyyətliliyi baxımından nominal məzənnə ucuzlaşmasında əldə etdiyi üstünlüyün əhəmiyyətli hissəsini inflyasiyaya qurban verir. Məsələn, lirə nominal olaraq manat qarşısında 15 faiz ucuzlaşıbsa, amma oradakı inflyasiya ilə Azərbaycanın göstəricisindən 12 faiz yüksək olubsa, bu halda lirənin nominal ucuzlaşmadan avantajı cəmi 3 faiz təşkil edir. Hazırda Türkiyə son dərəcə yüksək inflyasiya təzyiqi altındadır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər