ABŞ Prezidenti Co Bayden Konqresə 1.8 trilyon dollar dəyərində yardım paketi təqdim edib.
Teleqraf.com xəbər verir ki, Ağ Ev səlahiyyətliləri planın təfərrüatlarının çərşənbə günü açıqlanacağını deyib.
Baydenin çıxışında ailələrin təhsil xərcləri üçün 1.8 trilyon dollarlıq hərtərəfli yardım paketi elan edəcəyi gözlənilir. Plana on il ərzində təhsil və uşaq baxımı üçün 1 trilyon dollarlıq yeni xərclər, orta və aşağı gəlirli ailələr üçün isə 800 milyard dollarlıq vergi endirimi daxildir.
Paketin ABŞ iqtisadiyyatının gələcək rəqabət qabiliyyəti üçün nail ola biləcəyi ən yüksək sərmayə olduğu bildirilir.
Məlumata görə, Bayden yardım paketinin həyata keçirilməsi üçün ABŞ vergi sisteminin yenidən qurulmasını təklif edib. "Amerika Ailələri Plan"ı ən yüksək marjinal vergi nisbətini 39,6 faizə qaldırmaq və kapital qazancı olaraq tanınan və 1 milyon dollardan çox qazanan Amerika vətəndaşlarının vergilərini iki qat artırmaqla maliyyələşdirilir.