29 Aprel 2021 13:53
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin mart ayında Azərbaycan xarici ölkələrə 7,1 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

Teleqraf.com bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın aprel sayına istinadən xəbər verir.

Bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 12,1 milyon ABŞ dolları və ya 2,7 dəfə azdır.

Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 21,3 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 22,6 milyon ABŞ dolları və ya 2,1 dəfə azalıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər