30 Oktyabr 2014 22:55
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Xalq Kapital" MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.

Teleqraf.com-un QKDK-ya istinadən verdiyi məlumata görə, beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.


Müəllif:

Oxşar xəbərlər