1 May 2021 00:39
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə, 2021-ci ildə qlobal iqtisadi artım 6% təşkil edəcəkdir ki, bu da öncəki proqnoza nəzərən 0.5 faiz bəndi yüksəkdir. Daha nikbin proqnoz peyvəndləmənin gözlənilən nəticələri və ölkələr tərəfindən əlavə antiböhran tədbirləri ilə izah edilir.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Bank açıqlayıb.

Məlumata görə, qlobal iqtisadi aktivliyin OPEC++ razılaşması şəraitində bərpası neft bazarında tələbi dəstəkləyir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 62 ABŞ dollarını üstələmişdir. Beynəlxalq təşkilatların yenilənmiş proqnozlarına görə ilin qalan dövründə neft qiymətləri cari səviyyəyə yaxın olacaqdır.

Son meyillərin davam etməsi halında 2021-ci ilin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırılır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər