15 May 2021 17:15
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı 2,1 faiz səviyyəsində proqnozlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Fitch Ratings" agentliyinin hesabatında bildirilir.

Qeyd olunur ki, bu göstərici 2022-ci ildə 2,9 faizədək artacaq.

Hesabata əsasən, neft hasilatının mərhələli şəkildə artırılması və qeyri-neft ÜDM-nin bərpası 2021-ci ilin ikinci yarısından fəallığın artımını dəstəkləyəcək: "2022-ci ildə neft və qaz hasilatı gücünün eyni səviyyədə qalması, daha sonra mərhələli şəkildə azalması gözlənilir".

Agentlik hesab edir ki, Azərbaycanın geniş enerji resursları, xüsusilə qaz ehtiyatları növbəti 10 il ərzində ölkə iqtisadiyyatının artımını təmin edəcək.

"Fitch", həmçinin əməliyyat mühiti üzrə proqnozu "mənfi"dən "sabit"ə dəyişib: "2021-ci ilin birinci rübünün sonunda depozitlərin dollarlaşması əmsalı 55 faizədək azalıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər