1 İyun 2021 14:52
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq. Gürcüstana gedəcək şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, pandemiyadan əvvəlki illərdə Gürcüstan iqtisadi və turizm sferasında Azərbaycanın əsas tərəfdaşlarından olub: “2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 659 milyon dollar olub. Son 4 ildə ölkələr arasındakı ticarət dövriyyəsində yalnız müsbət dinamika müşahidə olunub. 2016-ci ildə ticari dövriyyə 468 milyon dollar olduğu halda, növbəti iki ildə uyğun olaraq 561 və 592 milyon dollaradək yüksəlib.

Pandemiyayadək truzim sektorunda da Gürcüstan Azərbaycanın ən vacib tərəfdaşlarından idi. 2019-cu ildə Gürcüstandan Azərbaycana 725 min nəfər gəlmişdi. Bu, ölkəmizə Rusiyadan gələnlərdən sonra say baxımdan ikinci ən böyük göstərici idi. Həmin il xaricə gedən 5 milyon 567 min azərbaycanlı turusitin 28,9%-i Gürcüstana səfər edib. Bu o deməkdir ki, 1 milyon 926 min vətəndaşımız il ərzində Gürcüstana gedirdi”.

Pandemiya səbəbindən bu ilin 4 ayında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə azalıb. Həmin dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 5,8 dəfə azalıb. Göründüyü kimi, pandemiya turist səfərlərinin kəskin azalmasına səbəb olub”.

Vüqar Bayramov hesab edir ki, Gürcüstana quru yolla səfərin mümkünlüyündən sonra qonşu ölkəyə gedənlərin sayının artacağı gözlənilir: “Bu, yay mövsümündə səfər edənlər üçün yeni bir imkandır.

Yay turizm mövsümünün yaxınlaşdığını nəzərə alaraq ölkəmizə səfərlə bağlı qaydaların mərhələli şəkildə yumşaldılması məqsədəuyğun olardı. Belə ki, mövcud qaydalara əsasən, Azərbaycana yalnız akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.

Bu baxımdan daha məqsədəuyğun olardı, yoluxma sayının lokallaşdırıldığı ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. Bu baxımdan, bir sıra ölkələrdə olduğu kimi, bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər