“Son aylarda inflyasiya əhəmiyyətli dərəcədə artıb. Müvəqqəti təklif təsirləri bitdikcə inflyasiyanın uzunmüddətli hədəfimizə qayıtması gözlənilir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sistemi (FED) sədri Cerom Pauell deyib.
FED sədri inflyasiyada artımın müvəqqəti olduğunu bildirib: “Neft qiymətlərinin artması və pandemiya məhdudiyyətlərinin ləğvi ilə ABŞ-da inflyasiya artıb. Ancaq tədarük balanssızlığı aradan qaldırıldıqdan sonra inflyasiya FED-in 2 %-lik hədəfinə dönəcək”.
Pauell koronavirus epidemiyasından təsirlənən ABŞ iqtisadiyyatının davamlı bərpa gördüyünü və məşğulluq artımının davam etdiyini bildirib: “İqtisadi dirçəliş bütün səviyyələr və seqmentlər üçün eyni tempdə irəliləmir. Az gəlirli işçilər və azlıqlar işsizlikdən daha çox təsirlənir. FED olaraq bərpa olunana qədər iqtisadiyyatı dəstəkləmək üçün əlimizdən gələni edəcəyik".