4 Noyabr 2014 19:25
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) 2014-2018-ci illər üçün əməkdaşlıq strategiyası çərçivəsində əlaqələri inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəklər. Trend-in məlumatına görə, bunu Bakıda AİB-in prezidenti Takehiko Nakao mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu strategiya çərçivəsində əməkdaşlıq iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafı məsələlərində Azərbaycana kömək edəcək.

T.Nakao qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və AİB-də Azərbaycandan olan rəhbər, maliyyə naziri Samir Şərifovla görüşlərdə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də 2015-ci il mayın 2-5-də Bakıda keçiriləcək AİB-in Rəhbərlər Şurasının illik iclasına hazırlıq məsələləri müzakirə olunub.

O, hazırlıq səviyyəsini yüksək qiymətləndirib və ümid etdiyini bildirib ki, tədbir uğurla keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər