5 İyul 2021 20:00
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heç bir ölkənin və cəmiyyətin koronavirusu yox saymaq şansı yoxdur. Sosial şəbəkələrdə, cəmiyyətdə, eləcə də insanlar arasında 2020-ci ilin əvvəlindəki qeyri-ciddi tərzdə olan fikir və statusların peyda olması narahatedici məqamdır”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Elman Sadıqov deyib.

İqtisadçı qeyd edib ki, İsraildə aparılan araşdırmalar “Pfizer Biontech” peyvəndinin delta variantında qarşı təsirinin 70% olduğunu göstərib: “Adıçəkilən peyvəndin koronavirusun digər variantlarına qarşı təsiri 95%-dir. Avropa Mərkəzi Bankının sədri də daxil olmaqla bir sıra bir sıra dövlətlər delta variantının iqtisadi dirçəliş üçün ciddi qeyri-müəyyənlik riski daşıdığını bəyan edirlər. Bütün məhdudiyyətləri aradan qaldırmış İsrail delta variantı səbəbindən bir sıra məhdudiyyətləri yenidən tətbiq etməyə başlayır. Öncəki (Uhan variantı) koronavirusu demək olar ki, məğlub etmək mərhələsində olan dünya yeni delta variantı ilə üz-üzədir. Səbəbin nə olmasından asılı olmayaraq acı reallıq budur. Bu acı reallığa qarşı tədbir görmək hər bir ölkənin, həmin tədbirlərə riayət etmək və ciddi yanaşmaq isə cəmiyyətin məcbur olduğu vəzifədir. Heç bir ölkənin və cəmiyyətin koronavirusu yox saymaq şansı yoxdur və bu özünü doğrultmadı”.

Elman Sadıqov cəmiyyəti 2020-ci ilin əvvəllərində COVID-19-la bağlı səhvləri təkrar etməməyə çağırıb: “Lağ-lağı dolu yanaşmalar, inamsızlıq, hətta virusun olmaması ilə bağlı fikirlər və digər səhvlər təəssüf ki, bir çox insanın ölümünə səbəb oldu. Rusiyada tüğyan edən, ətraf ölkələrdə görünməyə başlayan, dünyanı narahat edən delta variantı ilə bağlı inamsızlıq, lağ-lağı, qeyri-ciddi fikirlər, oyun olması kimi fikirlərlə yenidən insanları bu virus qarşısında hazırlıqsız vəziyyətdə qoymaqdır. Əgər oyun ölümlə nəticələnirsə, ondan qorunmaq və tədbir görmək vacibdir. Əksi ağılsızlıq olar. İnsanları peyvəndə təşviq etmək, tədbirləri bir an da olsa yaddan çıxartmamaq, məsələyə incə yanaşma nümayiş etdirməyin daha doğru olduğunu düşünürəm. Sosial şəbəkələrdə, cəmiyyətdə, eləcə də insanlar arasında 2020-ci ilin əvvəlindəki qeyri-ciddi tərzdə olan fikir və statusların peyda olması narahatedici məqamdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər