7 İyul 2021 13:40
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İxrac Mərkəzinin (RİM) Baş direktoru Veronika Nikişina İtaliyanın iqtisadi inkişaf naziri Giankarlo Giorgetti ilə iki ölkə arasında çatdırılma sürətini artıracaq və ticarəti gücləndirəcək “yaşıl dəhliz”in aktivləşdirilməsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, məlumat sistemlərinin tam inteqrasiyası sayəsində yükün növü və dəyəri barədə məlumat mübadiləsi iki ölkənin səlahiyyətli qurumları arasında rəqəmsal şəkildə ötürüləcək.

Nikisina bildirib ki, müvafiq qaydaların öz funksiyalarını yerinə yetirməsi üçün həm texniki, həm də qanuni tələblər var: “Layihənin uğuru bütün bu tələblərin nəzərdən keçirilməsindəki uğurdan və lazımi texniki infrastrukturun tətbiqindən asılı olacaq. Layihənin detallarını müzakirə etməyə başlamaq üçün texniki qrupun yaradılmasını səbirsizliklə gözləyirik”.

Layihənin inkişafı əsnasında keçən il Rusiyada ixracatçılar üçün qurulan “Vahid pəncərə” adlı rəqəmsal platforma əhəmiyyətli bir element olacaq, çünki iki ölkənin gömrük orqanları arasında məlumat mübadiləsi bu yolla təşkil ediləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər