13 İyul 2021 17:36
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayden hökuməti ABŞ şirkətlərini Çin nəzarətinin artdığı Honq Konqda ticarət etmək risklərinə qarşı xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə məlumatlı mənbə bildirib.

Məlumata görə, risklər arasında Çin hökumətinin Honq Konqdaki xarici şirkətlər tərəfindən saxlanılan məlumatlara girişi də yer alıb. Hökumətin Honq Konqdakı bəzi Çin rəsmilərinə qarşı sanksiya tətbiq edə biləcəyi də bildirilir.

Mənbə sabiq prezident Tramp administrasiyasının ötən il Sincana etdiyi xəbərdarlığın yenilənəcəyini də deyib.

Ağ Ev və ABŞ Dövlət Departamenti məsələ ilə bağlı açıqlama verməyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər