3 Avqust 2021 13:36
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 1-dən “Aİ-98” super markalı benzinin qiyməti də artırılıb.

Bunu Teleqraf.com-a “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

SOCAR rəsmisinin sözlərinə görə, buna səbəb qeyd olunan yanacağın idxal dəyərinin artmasıdır:

““Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Artıq ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artırılaraq, 1 manat 60 qəpik olub”

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər