ABŞ-da neft sənayesinin perspektivi və qısamüddətli xam neft hasilatının göstəricisi hesab olunan neft qazma qurğularının sayı artıb.
Teleqraf.com “Baker Hughes” tərəfindən açıqlanan həftəlik məlumatlara istinadən xəbər verir ki, avqustun son həftəsində ABŞ-dakı neft platformalarının sayı əvvəlki həftəyə nisbətən 5 ədəd artaraq 410-a çatıb.
Ölkədə neft qazma qurğularının sayı son 1 ildə 230 ədəd artıb.