Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) peyvənd edilmiş ziyarətçilər üçün qapılarını yenidən açacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə BƏƏ-nin Böhran və Fövqəladə Hallar üzrə Milli İdarəsi məlumat yayıb.
Açıqlamada bildirilir ki, ölkə iqtisadiyyatının yaxşılaşması və əhalinin sağlamlıq mənfəəti üçün BƏƏ-yə səyahət etmək istəyən turistlərə peyvənd vurdurduqları təqdirdə viza veriləcək. Səyahət etmək istəyənlər qarşısəında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş peyvəndlərdən birini vurdurmaq tələbi qoyulub.
Qərar 30 avqustdan etibarən qüvvədə olacaq.
Qeyd edək ki, may ayından BƏƏ COVID-19-a yoluxanların artması səbəbindən Hindistan, Pakistan, Nepal, Şri-Lanka, Uqanda və Nigeriyaya bütün uçuşları dayandırıb.