30 Sentyabr 2021 19:35
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Nazir bildirib: "İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək".

Qeyd edək ki, adıçəkilən yataqlar Kəlbəcər ərazisində yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər