6 Noyabr 2021 21:35
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə görə, gələn il Azərbaycanda əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 220 manata, pensiyaçılar üçün yaşayış minimumu 176 manata, uşaqlar üçün yaşayış minimumu 193 manata çatdırılır. 2022-ci ildə minimum əmək haqqı (MƏH) 300 manata qaldırılır.

Teleqraf.com-un xəbərinə görə, iqtisadçı Qubad İbadoğlu hesab edir ki, MƏH-in 50 manat artırılmasından qazananlar və itirənlər olacaq.

Onun fikrincə, qazananlar dövlət sektorunda işləyənlər, özəl sektorda 300 manatdan aşağı maaş alanlar, itirənlər isə ən azı fərdi sahibkarlar olacaq: “Belə ki, gələn ildən fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədiyi ödənişlər MƏH-ə bağlı olduğuna görə onların xərcləri də artacaq. Rəsmi məlumatlara görə 1,1 milyon nəfər fərdi sahibkarlıqla məşğul olmaq üçün qeydiyyatdan keçib.

Azərbaycanda 2022-ci ilin sonunda əmək pensiyalarının orta aylıq məbləğinin 343,17 manat təşkil edəcəyi proqnozlaşdırılıb. Bu o deməkdir ki, gələn ilin bu vaxtı pensiyaların orta məbləği indiki ilə müqayisədə 16 manat çox olacaq.

Unutmayaq ki, söhbət orta artımdan gedir, belə olan halda da bəzi pensiyalar 16 manatdan çox, bəziləri də 16 manatdan az artıma məruz qalacaq. Göründüyü kimi, pensiyaçıların sayında azalma, DSMF-ə ödənişlər qaldırılması davam etsə də, onun məbləğində əhəmiyyətli artım proqnozlaşdırılmır. 2021-22-ci illər xüsusilə də pensiyaçılar üçün yaşam şərtlərinin daha da pisləşdiyi ən ağır illər olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər