14 Noyabr 2014 23:43
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağcabədi rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, biznes planların və investisiya layihələrinin hazırlanmasına, marketinq və sənayedə brendləşmə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair mövzularda təşkil olunmuş treninqdə biznes plan və bölmələri, biznes ideyanın yaradılması, maliyyə planı, marketinqin növləri və prinsipləri, reklam fəaliyyəti, brend məhsullar, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.


Müəllif:

Oxşar xəbərlər