24 Noyabr 2021 13:08
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı Robin Bruks türk lirəsinə qarşı manipulyasiyanı açıq şəkildə göstərib.

Teleqraf.com xəbər verir ki, türk lirəsinə qarşı başladılan manipulyasiyadan sonra məzənnədə dalğalanma müşahidə olunub.

Robin Bruks sosial media hesabından paylaşdığı qrafiklə türk lirəsinə qarşı manipulyasiyanı açıqlayıb: “Keşiş Brunson hadisəsindən sonra TL-yə qarşı valyuta müharibəsi başladı. O dövrdə də TL real dəyərindən daha çox göstərilirdi. Əslində TL indiki vəziyyətdən 30 faiz daha dəyərlidir. Hazırda TL-nin dollar qarşısında ədalətli dəyəri 9 TL 50 kuruş civarındadır”.

Qrafik paylaşımda o, qiymətləndirmənin 2021-ci ilin may ayından etibarən sürətlə artdığını bildirib: “Bu vəziyyət TL-də yaradılmış manipulyasiyanı deşifrə edir”.

Qrafikdə 2018-ci ilin məlumatları da var. Həmin dövrdə ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın keşiş Brunson hadisəsindən sonra başlatdığı valyuta hücumuna diqqət çəkilib. 2018-ci ildə dollar 7,20 lirəyə qalxarkən onun ədalətli dəyəri 5 lirə 50 kuruş olub.

Bruks o dövrdə 30 faizin üzərində bir qiymətləndirmədən bəhs edib və TL-nin ədalətli bazar dəyərinin çox yüksək olduğunu vurğulayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər