"Dünya artıq dəyişdi, enerji keçidi bizim reallığımızıdır. Təbii ki, bu, neft emal sektoru üçün bir risk yaradır".
Teleqraf.com xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərində baş tutan mətbuat konfransında deyib.
Anar Məmmədov dünyada 700-dən çox neftayırma zavodunun olduğunu deyib: "Onların hamısı texniki baxımdan eyni səviyyədə deyil. "Star" dünyada tikilən ən yeni zavodlardan biridir. Bəli, 10 ildən sonra bu 700 zavod bəlkə 600, bəlkə 500 olacaq. Tələbat azaldıqca onlar bazardan çıxmaq məcburiyyətdə olacaqlar. Amma bazardan çıxan oyunçuların içində "Star" olmayacaq.
Ona görə ki, tələbat nisbəti azala bilər, amma yenə də bizim neft məhsullarına çox ciddi tələbat olacaq. Bazarda daha müasir, daha modern, daha yeni texnogiyaya sahib olan oyunçular qalacaq. "Star" da buna ən gözəl ötərnəklərdən biridir. Biz sektor üçün belə risklər görürük. "Star" üçün bu risk böyük deyil".
Anar Məmmədovun sözlərinə görə, "Star"ın ən böyük üstünlüyü "Petkim"ə inteqrasiya olmasıdır: "Yəni "Star" NEZ profilini neft-kimya sənayesinə transformasiya edib. Artıq bu üstünlük bizdə var. Bunu daha da genişlətmək olar".