"Son bir ildə istehsalçılar ətin qiymətini 20,8 faiz artırdığı halda, bazarda 100 faiz artıb. İstehsalçıdan kiloqramı 58 lirə olan ət bazarlarda və qəssablarda 140 lirədən (18.61) satılır. Burada istehsalçı və istehlakçı itirdiyi halda vasitəçi qazanır. Mənfəət payına məhdudiyyət qoyulmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Damazlıq Qoyun və Keçi Bəslənməsi Mərkəzi Birliyinin rəhbəri Nihat Çelik deyib.
O bildirib ki, qırmızı ətin həddindən artıq bahalaşmasına qəssablar və bazarlar səbəb olub: “Qırmızı ət qiymətlərinin normal gedişi üçün yem istehsalçıları da yoxlanılmalıdır. Yetişdiricilər bir il əvvəl 2 kiloqram mal əti ilə 1 kisə yem alırdı. İndi 3,5 kiloqram mal əti ilə 1 kisə yem alınır.
Keçən il 87 lirəyə olan bir kisə yemin qiyməti hazırda 170 lirədir. Bunun tənzimləməsi lazımdır. Yetişdiricilər olaraq biz 29 faiz zərərdəyik. Buna baxmayaraq heç zaman istehsaldan əlimizi çəkmədik”.