19 Noyabr 2014 06:54
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 915 nömrəli stasionar dəniz özülündən ləğv olunmuş 1651 nömrəli quyu əsaslı təmir və geoloji tədbirlərdən sonra istismara qaytarılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, quyu fasilə lay dəstəsindən 2356-2342 metr intervaldan sutkada 10 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Neft Daşları” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər