ABŞ-ın təyyarə istehsalçısı “Boeing” keçən il alınan 909 təyyarə sifarişi ilə Avropada yerləşən təyyarə istehsalçısı “Airbus”u geridə qoyub.
Teleqraf.com şirkətin məlumatına istinadla xəbər verir ki, keçən il alınan 909 təyyarə sifarişindən 340-ı təhvil verilib.
“Airbus”un açıqlamasına görə, şirkətin keçən il alınan 771 təyyarə sifarişindən 611-ni təhvil verib.
Beləliklə, keçən il “Boeing” təyyarə sifarişində avropalı rəqibi “Airbus”u geridə qoysa da, “Airbus” çatdırılmada liderliyini qoruyub saxlayıb.