15 Yanvar 2022 20:56
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal ərzaq qiymətləri 2021-ci ildə 28,1 faiz artımla son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Kənd təsərrüfatı məhsullarının qiymətlərindəki artımın bu il də davam edəcəyi təxmin edilir.

Teleqraf.com xəbər verir ki, məlumat, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında öz əksini tapıb.

Qeyd olunur ki, ərzaq malları səbətinin beynəlxalq qiymətlərindəki dəyişiklikləri izləyən ərzaq qiymətləri indeksinin ötən ilki orta göstəricisi 125,7 bənd təşkil edib. Keçən il taxıl qiyməti indeksinin orta göstəricisi illik 27,2 faiz artımla 2012-ci ildən bu yana ən yüksək səviyyəyə çatarkən, bitki yağı qiyməti indeksinin eyni dövrdə 65,8 faiz artımla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Mütəxəssislər yüksək nəqliyyat xərcləri, enerji və gübrə qiymətlərinin artması və bir çox ölkələrdə işçi qüvvəsi çatışmazlığı səbəbindən 2022-ci ildə ərzaq qiymətlərinin 5 və ya 10 illik orta səviyyəyə qayıtmasını çətin hesab edirlər


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər