17 Yanvar 2022 11:46
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Venesuela iqtisadiyyatı 2021-ci ilin üçüncü rübündə 7,6 faiz artıb. Bu, ölkəmiz üçün böyük uğurdur”.

Teleqraf.com xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro paytaxt Karakasda Federal Qanunvericilik Sarayında keçirələn tədbirdə deyib.

Maduro maliyyə təqiblərinə və sanksiyalara baxmayaraq, 5 ildən sonra Venesuela cəmiyyətinin real iqtisadi gücünü səfərbər edə bildiklərini açıqlayıb: “Məişət istehlakında 4,9 faiz artım olub. Dövlət istehlakında 8,7 faiz artım var. Bu, iqtisadiyyatda dövr edən pul, eyni zamanda ixracda 4,9 faiz artım deməkdir. Milli valyuta olan bolivarda iqtisadi əməliyyatlarda 65 faiz artım olub. İqtisadi canlanma getdikcə davam edəcək”.

Qeyd edək ki, dünyanın ən yüksək inflyasiya səviyyəsinə sahib olan Venesuelada 1 oktyabr 2021-ci ildən etibarən valyutasından altı sıfır atılıb.


Müəllif: Yeganə Oqtayqızı